Nazir İslama qarşı yönəlmiş zorakılığa müqavimət göstərməyə çağırıb
802 dəfə baxılıb
“Sələf Xəbər” “Guardian” qəzetinə istinadən xəbər verir ki, Cənubi Avstraliyanın Sərmayə və Ticarət naziri, “Fleurieu” süd məhsulları şirkətinin təzyiqlərə davam gətirməyərək halal sertifikatını dayandırımasına öz münasibətini bildirib.
Nazir sahibkarları İslam əleyhinə zorakılığa qarşı müqavimət göstərməyə çağırıb. Buna səbəb ölkədə fəaliyyət göstərən süd məhsulları istehsalçısının təzyiqlərə davam gətirməyərək öz halal sertifikatını dayandırması olub. “Fleurieu” süd və qatıq məhsulları şirkətindən verilən xəbərə əsasən, sosial mətbuatda təhqirlərə məruz qaldıqdan sonra, şirkət daha öz məhsullarının “halal” olaraq sertifikatlaşdırılması üçün 1, 000 dollar məbləğində pul ödəməyəcəyini bəyan edib.
Sertifikatın dayandırılması, şirkətin BƏƏ-nin “Emirates” hava yolları şirkəti ilə qatıq təchizatı ilə bağlı 50, 000 dollar dəyərində müqaviləni itirməsi ilə nəticələnə bilər. Satış və marketinq üzrə menecer Nik Hatçinson bildirib ki, şirkətin adının hallandığı qalmaqalın səbəb olduğu narahatçılıq, “Emirates” hava yolları şirkəti ilə bağlanmış müqavilənin xeyrindən daha ağırdır. “Əksər insanlar inanır ki, Halal İslam Qrupuna ödənilən pullar terrorçuluğa və s. gedir” – deyərək ABC radiosuna müsahibəsi zamanı bildirib.
O, həmcinin, qeyd edib: “Bunlar gülünc iddialardır, lakin çoxlu sayda sadiq pərəstişkarımız bu iddiaları oxuyur və özləri bizi sorğu-suala tutur. Haqqımızda həddən artıq pis xəbərlər yayılıb”. Cənubi Avstraliya Sərmayə və Ticarət naziri Martin Hamilton-Smit bildirib ki, Avstraliyada əsassız yalnış rəylərə yer yoxdur və sahibkarları yalan məlumata əsaslanan zorakılığa qarşı müqavimət göstərməyə çağırıb: “Bizim əsas dostlarımızdan və ticarət partnyorlarımızdan biri olan İndoneziya, dünyanın ən böyük İslam ölkəsidir. Biz bu imkanlardan əl çəkməli deyilik, əksinə daha da çox tətbiq etməliyik”.
Növbəti il ticarət deleqasiyası ilə Yaxın Şərqə səfər edəcək Hamilton-Smit onu da bildirib ki, Cənubi Avstraliyada fəaliyyət göstərən sahibkarlar sentyabr ayına qədər 12 ay ərzində Yaxın Şərqə 839 milyon dollar dəyərində mal ixrac etmişdir.
“Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir.”
Qurani-Kərim, “Ali İmran” surəsi, 186-cı ayə