Nepalda 7,4 bal gücündə yenidən zəlzələ olub
May 12
16:52
2015
704 dəfə baxılıb
Nepalda aprelin 25-də baş verən dağıdıcı zəlzələdən sonra növbəti dəfə güclü yeraltı təkanlar qeydə alınıb.
“Sələf Xəbər” Modern.az-a istinadən xəbər verir ki, 7,4 bal gücündə baş verən təkanlar ölkənin şərqindəki Namçe-Bazar qəsəbəsinin 68 kilometrliyində olub. Təkanlar yerin 18,5 kilometr dərinliyində baş verib. Zəlzələ Hindistanın şimal hissəsində də hiss olunub. Dağıntılar və insan tələfatı barədə məlumat verilmir.
Aprelin 25-də Nepalda baş verən zəlzələ zamanı həlak olanların sayı 8 min nəfəri keçib.
Sələf Xəbər: Xatırladaq ki, zəlzələlərin tez-tez baş verməsi Qiyamət gününün əlamətlərindən biridir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Zəlzələlər çoxalmayana qədər Qiyamət qopmaz”. (əl-Buxari)