Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Nepalda ölənlərin sayı 4 mini keçib

Aprel 28
14:46 2015

Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 4 mini ötüb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Nepalın Daxili İşlər nazirliyindən bildiriblər.

Məlumata əsasən, 7 min nəfər tibbi yardım üçün səhiyyə müəssisələrinə müraciət edib.

Bununla belə Himalay dağında 4,9-6,9 bal gücündə zəlzələlər davam etməkdədir. Yeraltı təkanların episentrinin Hindistanın Qərbi Benqaliya ştatına keçdiyi bildirilir. Nepal əhalisi isə hələ ki, küçələrdə gecələmək məcburiyyətində qalıb.

Sələf Xəbər: Xatırladaq ki, zəlzələlərin tez-tez baş verməsi Qiyamət gününün əlamətlərindən biridir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) deyirdi: “Zəlzələlər çoxalmayana qədər Qiyamət qopmaz”. (əl-Buxari)

Digər xəbərlər