Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Netanyahu müsəlmanlardan üzr istəyib

Mart 24
17:39 2015

İsrailin Baş naziri Binyamin Netanyahu ölkə ərazisində yaşayan ərəblərdən üzr istəyib.

“Sələf Xəbər”in AzVision.az-a istinadən verdiyi məlumata görə, bu barədə Netanyahu “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi video müraciətində bildirib.

“Mən bilirəm ki, bir neçə gün əvvəl etdiyim çıxış İsrail ərəblərini təhqir edib. Mən bunu istəmirdim və bu çıxışa görə heyfsilənirəm”, – deyə Netanyahu bildirib. O, həmçinin əlavə edib ki, özünü dini baxışları, milliyyəti və cinsindən asılı olmayaraq, bütün İsrail əhalisinin Baş naziri hesab edir.

“Birləşmiş Ərəb Siyahısı” siyasi qrupunun lideri Ayman Odeh “Channel 10”-a müsahibəsində İsrail Baş nazirinin üzrünü qəbul etməkdən imtina etdiyini bildirib: “Mən onun öz sözlərini hərəkətləri ilə təsdiqləyəcəyini görmək istəyirəm. Görək, Netanyahu bərabərliyi təbliğ edəcəkmi?”.

Qeyd edək ki, ötən həftə İsraildə keçirilən parlament seçkilərində hakim “Likud” partiyası qalib gəlib. Nəticələrə əsasən Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi “Likud” partiyası Knessetdə 120 yerdən 30-nu qazanıb.

Seçkilərdə ikinci Tsipi Livni və İtxak Herçoqun rəhbərlik etdiyi “Sionist düşərgəsi” bloku olub. O, parlamentdə 24 yer tutub. Daha sonra siyahıda isə 14 yerlə “Birləşmiş Ərəb Siyahısı” gəlir.

Artıq Baş nazir Netanyahu “möhtəşəm qələbə” münasibəti ilə tərəfdarlarını təbrik edərək yeni hökumətin yaradılması üzrə danışıqlara başladığını bildirib.

Sələf Xəbər: …Axı Uca Allah Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) müsəlmanlara belə deməsini əmr edir: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 31-ci ayə)

Beləliklə, yalnız emosiyalara əsaslanan və müsəlmana peyğəmbərin vəsiyyətlərini yerinə yetirməyə təkan verən sevgi, həqiqi sevgi hesab olunmur.

Şübhəsiz, müsəlmanlar bütün mümkün səmərəli səyləri qoyaraq İslamın və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) şərəfini və adını müdafiə etmək üçün bütün qanuni metodlardan istifadə etməyə borcludur.

Digər xəbərlər