Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Niderlandda məscidə hücum edildi

Yanvar 10
11:18 2015

Niderlandın Vlardingen şəhərində məscidə hücum edilib.

“Sələf Xəbər”in Trend-ə istinadən verdiyi məlumata əsasən, mərakeşlilərə məxsus məscidə alışqan boya spreyi atılıb.

Məscidin nümayəndəsi bildirib ki, sprey məscidin qadınlar bölümünə atılıb və bu zaman məsciddə heç kəs olmayıb.

O, 1988-ci ildən bu şəhərdə olduqlarını və ilk dəfə bu cür halla üzləşdiklərini qeyd edib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər?! Əslində, onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Qurani-Kərim, “Bəqərə” surəsi, 114-cü ayə)

Digər xəbərlər