Niderlandın əsl dərdi bu imiş
2. 022 dəfə baxılıb
Bir sıra nəhəng layihələrə imza atan və atmağa davam edən Türkiyə Avropada qorxu yaradıb.
Selefxeber.az-ın məlumatına görə, Axar.az xəbər verir ki, Niderland Maliyyə naziri Ceron Diselblom qonaq olduğu bir televiziya verilişində bunu etiraf edib.
“Amsterdam hava limanı ildə 55 milyon sərnişinin istifadə edə bilməsi üçün nəzərdə tutulub. İstanbulda inşası davam etdirilən 3-cü hava limanı açılarsa, biz xeyli ziyan görərik. Bu da Niderland iqtisadiyyatı üçün olduqca riskli haldır. Belə olarsa, milyardlarla avro əlimizdən uçub gedəcək”, – deyə nazir bildirib.
Qeyd edək ki, İstanbulda inşa edilən sözügedən hava limanından ildə 200 milyon insanın istifadə etmək imkanı olacaq. Dünyanın ən böyük 3 hava limanından biri olacaq bu hava limanından dünyanın hər yerinə uçuş həyata keçiriləcək.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 120-ci ayə)
“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər.” (Bax “Təfsir Əs-Saadi”)