Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Nigeriyada fövqəladə vəziyyət elan edilib

Avqust 09
17:17 2014

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Nigeriya prezidenti Qudlak Conatan ölkədə tüğyan edən Ebola xəstəliyi epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Prezident virusun yayılmasının qarşının alınmasına 11,6 milyon ABŞ dolları ayırıb.

Bundan əvvəl Liberiyanın prezidenti Ellen Conson-Serıif də ölkəsində Ebola virusu səbəbindən fövqəladə vəziyyət elan edib.

Beynəlxalq Səhiyyə Təşkilatı Ebola xəstəliyinin beynəlxalq dərəcədə təhlükə olduğunu təsdiq edib.

 Sələf Xəbər: İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Ömər ibn Xəttab (Allah ondan razı olsun) xəlifəliyi dövründə Şamda (Suriya və Fələstin) yerləşən qoşunlarını yoxlamaq məqsədi ilə özü ilə bir qrup əsgərlərlə birlikdə Şama getmək üçün yola çıxmışdı. Şam yaxınlığında “Sərğ” deyilən bir kəndə girən kimi, Şamın valisi və Suriyə qoşunlarının komandanı Əbu Ubeydə ibn Cərrah bəzi qoşun komandirləri ilə birlikdə Öməri qarşılayaraq, Şamda vəba olduğunu məruzə etdi.

İbn Abbas deyir ki: “Bu xəbərə görə Ömər (Allah ondan razı olsun) mənə: “İlk mühacirləri yanıma çağır” dedi. Onları çağırdım. Məsələni onlarla müzakirə etdi.

Səhabələr müxtəlif təkliflər verdilər. Bir hissəsi: “Ey möminlərin əmiri, siz düşmənlə döyüşə çıxmış kimisiniz. Allaha güvənərək yolunuzdan dönməməyinizi müvafiq görürük” dedi. Bəziləri isə: “Xalqın qalan hissəsi və Allahın Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) səhabələri səninlə bərabərdir (vəba təhlükəsi ilə qarşılaşmamaq üçün) onları vəbanın üstünə aparmağı məsləhət görmürük (Mədinəyə dönməyinizin daha yaxşı olacağı fikrindəyik)” dedilər.

Ömər (bu ixtilafı görüncə): “Yanımdan çəkilin!…” dedi. Sonra məni səsləyib: “Ənsarlardan olanları çağır!” – dedi. Onları çağırdım. Məsələ barəsində onlarla da məsləhətləşdi. Ənsarlar da mühacirlər kimi müxtəlif rəy verdilər. Ömər onlara da: “Siz də çıxın!” – deyə əmr etdi. Sonra mənə: “Məkkənin fəthindən əvvəl Mədinəyə köçmüş buradakı qureyş mühacirlərinin yaşlılarını çağır!” – dedi. Onları da çağırdım. Bunlarla da məsləhətləşmələr apardı. Onlar ixtilaf etməyib hamısı: “Xalqla birlikdə Mədinəyə qayıdıb vəbaya yaxın getməməyinizi müvafiq sayırıq” – dedilər.

Buna görə Ömər (Allah ondan razı olsun) əksəriyyətin rəyini nəzərə alaraq ertəsi günü yola düşəcəklərini elan etdi. “Siz də tərpənin!” – dedi. Bu vaxt Şamın valisi Əbu Ubeydə ibn Cərrah Ömərə: “Allahın qədərindənmi qaçırsan?” deyən kimi, xəlifə Ömər (Allah ondan razı olsun) onun bu rəftarını bəyənmədiyindən ötrü: “Ey Ubeydə, kaş ki, bu sözü sən yox, bir başqası deyəydi (qəribə hesab etməzdim)!…” deyib, sonra da: “Bəli, Allahın qədərindən yenə də Allahın qədərinə qaçırıq. Bir fikirləş gör, sən dəvələrini bir tərəfi otlaq, digəri tərəfi isə çılpaq bir dərəyə düşsəydilər, sən onları otlu yamacda otarardın ki, qarınlarını
doydursunlar və bu halda bu hərəkətin Allahın qədəri ilə olmazdımı?

Yoxsa əksinə, bitkisiz və çılpaq tərəfində dəvələri ac qoysaydın bu hərəkətin yenə Allahın qədəri ilə olmazdımı?” deyə buyurdu (Bu düşüncəli sual formalı cavabı ilə Əbu Ubeydəni susdurdu).

İbn Abbas deyir ki, bu vaxt öz şəxsi işlərindən ötrü əvvəlcə orada olmamış Abdurrahman ibn Auf gəlib çıxdı. Vəziyyəti aydınlaşdıran kimi: Mənim bu məsələ ilə əlaqədar məlumatım var. Allahın Elçisindən (Allahın ona salavatı və salamı olsun) bu sözləri eşitmişəm:“Bir yerdə vəba olduğunu eşitdiyiniz zaman o yerə, xəstəliyin yanına getməyin. Olduğunuz yerdə vəba aşkar edildikdə də vəbadan qaçaraq o yerdən çıxmayın”. Bundan sonra Ömər ibn Xəttab (Allah ondan razı olsun) Allaha həmd edib həmin yerləri tərk etdi” (Əl-Buxari).

Digər xəbərlər