Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Nigeriyada qarşıdurma: 70 ölü

Sentyabr 02
16:03 2014

İnterpress.az Türkiyə saytlarına istinadən xəbər verir ki, Nigeriyada Boko Haram təşkilatının 70 üzvü öldürülüb.

Hadisə ilə bağlı Nigeriya ordusundan rəsmi açıqlama verilməyib. Hərbi mənbələr isə ölkənin şimal-şərqindəki Bama qəsəbəsini nəzarət altına almaq üçün terrorçuların zirehli texnika ilə basqın təşkil etdiyini bildirib.

Ordunun müdaxiləsi nəticəsində çox sayda yaraqlının öldürüldüyü bildirilib.

Boko Haram hərəkəti əleyhdarı, birliyin spikeri Məhəmməd Gava, terrorçuların Bamaya basqın təşkil etdiyini təsdiqləyib. Gava əlavə edib ki, vətəndaşların böyük əksəriyyəti qəsəbəni tərk edib.

Digər xəbərlər