Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Nigeriyada Qaz emalı zavodunda partlayış olub

Dekabr 25
19:58 2015

Nigeriyanın cənub-şərqində yerləşən Anambra ştatının Nnevi şəhərində yerləşən qaz emalı zavodunda baş verən partlayış nəticəsində yüzdən çox insan ölüb, çoxlu sayda sakin yaralanıb.

“Sələf Xəbər” ATV.az-a istinadən xəbər verir ki, bu haqda “Associated Press” məlumat yayıb.

Məlumata görə, yanğın baş verən zaman yanacaqdoldurma meydançasında məişət balonlarını doldurmaq üçün saatlarla növbəyə duran çoxlu sayda insan olub.

“Faciənin qurbanları tanınmaz dərəcədə yanıblar. Qohumları onları çətin ki, tanısın”, – deyə, şahidlərdən biri söyləyib.

Hadisə qurbanlarının sayı barədə rəsmi məlumat verilməyib, ancaq media nümayəndləri ölənlərin sayının yüzdən çox olacağı qənaətindədir.

Partlayışın başvermə səbəbləri araşdırılır.

Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)

Digər xəbərlər