Norveç İraq əhalisinə 15 milyon dollar yardım ayırıb
743 dəfə baxılıb
Norveç humanitar yardım göstərilməsi üçün İraq əhalisinə 120 milyon kron ( 15,3 mln dollar) ayıracaq.
“Sələf Xəbər”in “TASS” agentliyinə istinadən məlumatına görə, bu barədə İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizədə koalisiya ölkələrinin xarici işlər nazirlərinin çərşənbə axşamı Parisdə keçirilən iclasında Skandinaviya krallığının Xarici İşlər naziri Börqe Brend məlumat verib.
Nazirin xatırladmasına görə, BMT nümayəndələri bu həftə bildiriblər ki, əlavə maliyyə dəstəyi olmadığı üçün təşkilat yaxın vaxtlarda İraq üçün nəzərdə tutduğu humanitar yardım proqramlarını həyata keçirə bilməyəcək. İraqın üçdə bir hissəsi və Suriya ərazisinin demək olar ki, yarısı İŞİD terror xəvaric qruplaşmasının işğalı altında olduğundan ölkədə qaçqın və məcburi köçkünlərin sayı da getdikcə artmaqdadır. Ölkənin bir çox yerində humanitar vəziyyət son aylarda xeyli pisləşib. Əlavə maliyyə dəstəyi olmazsa, artıq iyun ayında BMT ölkəni ərzaq təhcizatı ilə təmin edə bilməyəcək. BMT-nin bu müraciətinə cavab olaraq Norveç 120 milyon kron vəsait ayırmağa hazır olduğunu bildirib.
BMT-nin İraqda humanitar proqramı koordinatoru Lise Grandenin sözlərinə görə, önümüzdəki günlərdə təşkilatın nümayəndələri İraqa 8 milyon insana kömək məqsədi ilə 500 milyon dollar ayrılması üçün Avropa Parlamentində çıxış edərək, beynəlxalq ictimaiyyətə müraciət etmək niyyətindədirlər. O, həmçinin qeyd edib ki, bu gedişlə ölkədə humanitar yardıma ehtiyacı olan insanların sayı 2015-ci ilin sonuna qədər artıq 10 milyona çata bilər.
Sələf Xəbər: Uca Allah buyurur: “Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır”. (Qurani-Kərim, “Zəlzələ” surəsi, 7-ci ayə)