Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Norveç suriyalılara sığınacaq verir

İyun 13
16:03 2015

Norveç məclisində qaçaq suriyalıların ölkəyə qəbulu müzakirə edilib.

Norveç məclisi önümüzdəki 3 ildə 8 min suriyalı qaçqının ölkəyə qəbul edilməsi ilə bağlı qərarı qəbul edib.

“Sələf Xəbər”in “A24.az”-a istinadən verdiyi xəbərə görə, Sosyalis Partiyası (SV) ilə ksenofobik sağçı Tərəqqi Partiyasının (FRP) tərk etdiyi danışıqlarda 5 partiyanın müzakirəsi razılıqla nəticələnib. Danışıqlar nəticəsində 2015-ci ildə 2 min, 2016-da 3 min və 2017-də 3 min olmaq üzrə 3 ildə cəmi 8 min suriyalının ölkəyə qəbul edilməsinə qərar verilib.

Məclis, həmçinin Suriyanın qonşu ölkələrində yaşayan qaçqınlara da bu il 250 milyon Norveç kronu (33 400 000 AZN) yardım etməyə qərar verib. Bu yardım ilə bu il qonşu ölkələrdə yaşayan suriyalı qaçqınlara verilən yardım miqdarı da 1,2 milyard Norveç kronuna yüksəlmiş olacaq. Norveç önümüzdəki ildə qonşu ölkələrdə yaşayan suriyalılara 1,5 milyard Norveç kronu yardım edəcəyini açıqlayıb.

Qeyd edək ki, hökumətin, həmçinin ölkədəki bələdiyyələrə də köçkünlərin ehtiyaclarının aradan qaldırılması üçün 50 milyon Norveç kronu təsis etdiyi bildirilib.

Sələf Xəbər: Uca Allah buyurur: “Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır”. (Qurani-Kərim, “Zəlzələ” surəsi, 7-ci ayə)

Digər xəbərlər