Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Norveçdə müsəlmanlar çoxalır

İyul 11
13:56 2015

Norveçdə İslam araşdırmaçısı Anne Sofie Roald apardığı hesablama nəticəsində 2005-ci ildə ölkədəki 1000- ə yaxın adamın müsəlman olduğu qənaətinə gəlib.

Bu barədə “Sələf Xəbər” İslam-today.ru-ya istinadən xəbər verir.

Onun həmkarı Kari Vogt da bu fikri təsdiq edərək bildirib ki, 2008-ci ildə elə bir o qədər adam İslamı qəbul edib. Onun sözlərinə görə, hal-hazırda islam dinini qəbul etmiş norveçlilər sayca 3 dəfə daha çoxdur.

Anne Sofie Roald Norveçdə 3000 nəfərin İslamı qəbul etdiyini bildirib. Həmkarı Kari Vogt, adətən nigaha girənlərin dini mənsubiyyətlərini dəyişməyin daha çox yayıldığını söyləsə də, son illərdə Norveç və digər Avropa ölkələrində “dostluğa görə dini dəyişmə” meylinin artdığını da vurğulayıb. Tədqiqatçının sözlərinə görə, bəzi müsəlman gəncləri İslamda olmayan həmyaşıdları arasında İslamı və onun ideyalarını fəal şəkildə təbliğ edirlər.

Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, Allah dərgahında (qəbul olunan) din, İslamdır!” (Qurani-Kərim, “Ali İmran” surəsi, 19-cu ayə)
“Uca Allah bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 85-ci ayə)
Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər