Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Noyabrda terrorçular tərəfindən 5042 nəfər qətlə yetirilib

Dekabr 12
18:43 2014

Bu ilin noyabr ayında dünyada terrorçular tərəfindən 5042 nəfər qətlə yetirilib.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bu barədə BBC World Service və Londondakı Kral Kollecinin birgə araşdırmasında deyilir.

Hesabatda qeyd olunur ki, ən çox insanı “İslam dövləti” terror xəvaric qruplaşmasının tərəfdarları öldürüblər. Onların hücumları nəticəsində 2206 nəfər həlak olub. Siyahıda “İslam dövləti”ndən sonra “Boko Haram” və “Taliban” gəlir. Bu qruplaşmaların hesabında müvafiq olaraq 801 və 720 qətlə yetirilmiş insan var.

Bildirilir ki, ən çox insan İraqda qətlə yetirilib (1770). Ardınca Nigeriya (786) və Suriya (693) gəlir. Terrorçular daha çox dinc sakinləri (2079), hərbçiləri, polisləri və məmurları (1952) hədəf seçiblər.

Ölənlər arasında xeyli terrorçu da var (935).

 Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.

Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.

Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.

Digər xəbərlər