Nursultan Nazarbayev İŞİD-ə qoşulanlarla bağlı qərar verdi
1. 248 dəfə baxılıb
Qazaxıstan prezidenti Nursultan Nazarbayev İŞİD xəvaric terror qruplaşmasına qoşulan ölkə sakinlərinin vətəndaşlığının ləğv olunacağını deyib.
Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən xəbərinə görə, O, bu barədə “Mir24” telekanalına müsahibəsində deyib.
“Qanunvericiliyə görə Qazaxıstan vətəndaşı hər hansı ekstremist qruplaşmaya qoşulmaq üçün ölkədən gedərsə, avtomatik olaraq vətəndaşlıqdan çıxarılacaq. Bu məcburi addımdır”.
Onun sözlərinə görə ölkədən gedən 500-600 sakin İŞİD sıralarına qoşulub. Onların bəziləri ölkəyə qayıdaraq ekstremist fəaliyyətlərini davam ediblər.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”