Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Nyu-York müsəlmanları Trampa belə etiraz etdilər

Dekabr 21
19:11 2015

Nyu -Yorkda təxminən 200-ə yaxın şəhər sakini ABŞ prezidentliyinə namizəd Donald Trampa etiraz əlaməti bildirmək üçün onun yaşadığı iqamətgahın divarları yanında toplaşıb.

“Sələf Xəbər”in “İslam-Today”ə istinadən xəbərinə görə, etirazçılar əllərində “Faşizmə yox deyirik, Trampa yox deyirik!” şüarları yazılmış plakatlarla etiraz aksiyası keçiriblər.

“Biz Trampa hələ keçən ilin iyul ayından etiraz edirik. O vaxt Tramp bütün meksikalıları cinayətkar, narkotik ticarətçisi və təcavüzkar adlandırırdı. İndi də müsəlmanlara qarşı yersiz ittihamlarla hücuma keçibdir”. – deyə, aksiya iştirakçılarından biri bildirib.

Yerli müsəlman icmasını təmsil edən etirazçılar ona qarşı etiraz əlaməti olaraq Trampın iqamətgahı qarşısında namaz qılıblar.

Sələf Xəbər: Uca Allah öz Peyğəmbəri Məhəmmədə (Allahın ona salavat və salamı olsun) buyurur: “Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir. Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik. O kəslər ki, Allaha başqa tanrı şərik qoşurlar. Onlar tezliklə biləcəklər.” (Müqəddəs Quran, “Hicr” surəsi, 94-96-cı ayə)

“Ey Elçi! Sənə İslamı təbliğ etməkdə mane olan kəslərə və bütün digər müşriklərə fikir vermə! Allahın sənə buyurduqlarını açıq-aydın elan et və haqqı insanlara çatdır. Çoxsaylı maneələr və kafirlərin istehzası səni işindən saxlamasın. Onlara baş qoşma, onlarla mübahisə açma və başladığın işi davam etdir. Biz Özümüz səni sənə və möizələrinə məsxərə edən fasiqlərdən xilas edərik. Biz söz veririk ki, sənə edilən istehzaların heç biri sənə zərər toxundurmaz və vəd edirik ki, kafirləri hər vasitələrlə cəzalandıracağıq.
Uca Allah Öz vədini yerinə yetirdi və Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) və təliminə rişxənd edən bütün bütpərəstlər ən dəhşətli ölümlə üzləşdilər. Onlar nəinki Allahın Elçisini (Allahın ona salavat və salamı olsun) incidir, həm də Allahın Özünə toxunurdular (təhqiramiz sözləri və əməlləri ilə) Onlar öz Vahid Rəbbinə, Xaliqə və Xeyirxahına şərik qoşmaqla uydurulmuş ilahlara ibadət edirdilər. Qiyamət günü başlayarkən onlar öz günahlarının dəhşətli nəticələrini mütləq biləcəklər.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər