Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Nyu-York muzeyi uşaqlara İslam mədəniyyətini tanıdır – FOTO

Mart 05
19:41 2016

Nyu-Yorkda yerləşən Manhetten Uşaq Muzeyi uşaqlar üçün İslam mədəniyyətini əks etdirən “Amerika Zanzibar” adlı sərgi təşkil edib.

Muzeyin direktorunun sözlərinə görə, sərginin əsas məqsədi İslam mədəniyyətinin zənginliyi və müxtəlifliyini təqdim etməklə yanaşı, həm də müsəlmanlar haqqında çox şey bilməyən amerikalıların onlar haqqında əslində yanlış məlumatlara sahib olduqlarını göstərmək olub.

Sərgidə uşaqlara Miçiqan əyalətində yerləşən məscidlər, Koloradada məşhur ənənəvi tacik çay evləri, Nyu-Yorkdakı Seneqal parçalarının ticarəti ilə məşğul olan mağazalar haqqında da məlumatlar verilib.

Sərginin bir hissəsində amerika müsəlmanları haqqında toplanmış disklər, kitablar, fotolar nümayiş olunub. Digər hissəsində müsəlmanların dünyaya elmi töhfələrini əks etdirən eksponatlar, başqa bir hissəsində isə yüksək memarlıq zənginliyinə malik bütün dünyadakı məscidlər haqqında məlumatlar əks olunub.

Artıq təşkil olunduğu ilk həftə ərzində müxtəlif məktəblərdən 13 min amerikalı uşaq sərgiyə tamaşa etmək üçün Manhetten Uşaq muzeyinə gəlib.

Mənbə: İslam-Today

usa-muslim-kulture-2

usa-muslim-kulture-5

usa-muslim-kulture-6

usa-muslim-kulture-4

Sələf Xəbər: İslam şəriəti ədalətlidir
İslam şəriəti öz əsasında, məsləkində, kamilliyində və hökmlərində Rəbbani şəriətdir. O, ötən şəriətlər üzərində hakimdir və Qiyamət qopanadək daima qalacaqdır. Ona görə də onun bütün hökmləri orta və ədalətlidir. Bu haqda Allah taala buyurur:
“(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik…” (əl-Bəqərə: 143).
Bəzi alimlər deyirlər: “Allah onları dində orta yol tutduqlarına görə adil adlandırmışdır. Onlar nə həddini aşan, nə də qayğısız deyillər, onlar ədalətlidirlər. Allah onları belə təsvir etmişdir. Çünki Allahın ən çox sevdiyi iş, ədalətli işdir”.
Yuxarıdakı ayənin ərəbcəsində keçən “vəsət” sözü, ərəb dilində xeyir mənasını daşıyır. Buna görə də bir nəfəri tərifləmək üçün misal olaraq: “Filankəs öz tayfası arasında vəsətdir (ədalətli və ortamövqelidir)” – deyirlər. Bu baxımdan vəsət sözü adillik və ortamövqelilik mənası ilə açıqlanmışdır. Çünki insanların ən xeyirlisi adıl olanıdır.
Qanun və düsturların tətbiqində adil, orta mövqeli olmaq asan iş deyil. Qanun və düstur qoyan bəşər övladları orta mövqe tutmaqda acizlik çəkirlər. Onlardan bəziləri tam sol tərəfə, bəziləri isə tam sağ tərəfə yönəlirlər. İslam şəriəti bu yöndə tayı-bərabəri olmayan, yeganə mövqe tutur. Onun müəyyən etdiyi işlərdə nə ifratçılıq (həddini aşmaq), nə də laqeydlik vardır. Əksinə o, adillikdən əsla üz döndərməyən ortamövqeli və ədalətli şəriətdir.
Bu bir sübut edir ki, adil və orta mövqeli qayda-qanun yaratmağa yalnız İslam şəriəti qadirdir. Çünki bu şəriət Allah tərəfindən nazil olunmuşdur. Allah, hər şeyin haqqını doğru hesaba alan, əməlləri dəqiq tərəzidə çəkən, hər şeyi saya-hesaba alan, heç bir şeyi faydasız yaratmayan, naqis və eyibli sifətlərdən uzaq olandır. Elə buradan da, İslam şəriəti ortamövqeliliklə vəsf olunmuşdur. İslam şəriətinin ədalətli olması, naqis məxluqun təsəvvür etdiyi kimi deyil, Allah taalanın istəyinə uyğun, adil olmasıdır. Orta: həddi aşmadan adil, naqislik olmadan ədalətli olmaqdır.
Bəzi alimlər deyirlər: “Orta: dairənin mərkəzi kimi, tərəf nisbətlərinin özünə bərabərməsafəli olmasıdır. İfrat (həddini aşmaq) və təfrit (laqeydlik) baxımından, hər tərəfdən özünü əhatə etmiş pis işlərin ortası olan bu yaxşı işlər, sonralar bəşəriyyətin gözəl işlərinə bir ad olaraq verilmişdir”.

Digər xəbərlər