Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Nyu Yorkda məscid imamını başından güllə ilə vurub öldürdülər – VİDEO

Avqust 15
16:01 2016

Amerikalı müsəlmanlar məscid imamının və köməkçisinin Donald Trampın çıxışının nəticəsində öldürüldüyünü söyləyirlər.

Həftənin bazar günü məscid imamının və köməkçisinin qətlə yetirildiyi video nəşr edilmişdir. Qətl hadisəsi isə həftənin şənbə günü günortadan sonra baş vermişdir. Videoda məscidin imamı banqladeşli Mövlana Okuncunun və köməkçisi 64 yaşlı Səraəddinin günün günorta çağında, Nyuyorkun “Ozone Park” adlı küçəsində başlarından vurularaq qətlə yetirildiyi görünür.
Qətl hadisəsi hadisə yerindən uzaqda yerləşən təhlükəsizlik kamerası ilə lentə alınmışdır.

Toya gedəcəkdi, amma əvəzinə cəsədi dəfnə gedəcək

55 yaşlı məscid imamı Banqladeşdəndir. “əl-Furqan” məscidində imamlıq etmək üçün iki il öncə Nyuyork şəhərinə gəlmişdir. Üç uşaq atasıdır. Niam adlı oğlu deyir: “Atam Nyuyorka əminamanlıqda yaşamaq üçün gəlmişdi. Bizim istədiyimiz yalnız ədalətli qərar və onun qətlinin səbəbini öyrənməkdir.”
Məscid imamı yaxın günlərdə oğlunun toyunu qeyd etmək üçün Banqladeşə getməyi planlayırmış. Amma indi o ölkəsinə toya deyil, dəfn olunmaq üçün gedəcəkdir. Allah rəhmət etsin.

Amerika polisindən əldə olunan məlumatlara görə qatilin latın amerikalı olduğu ehtimal olunur.
Amerikalı müsəlmanlar imamın və köməkçisinin ölümünün prezident seçkilərində iştiraka hazırlaşan Respublikaçılar partiyasının namizədi Donald Trampın “İslama və əcnəbilərə qarşı nifrət çağırışlı” çıxışından sonra baş verdiyini söyləyərək, bu hadisədə onu günahlandırıblar.

🎬

Digər xəbərlər