Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

O ölkədə oruc yenə qadağan edildi

İyun 18
17:48 2015

Çin rəhbərliyi keçən il olduğu kimi bu il də Sincan Uyğur Muxtar Bölgəsində ictimai işçilərin oruc tutmasını qadağan etdi.

“Sələf Xəbər” Türkiyə mediasına istinadən bildirir ki, Çin rəhbərliyi Şərqi Türkistan olaraq tanınan Sincan Uyğur Muxtar Bölgəsində yaşayan məmurların, şagird və müəllimlərin oruc tutmalarını qadağan edib.

Ayrıca, uyğurlara aid restoranların oruc saatlarında açıq olması tələbi də irəli sürülüb.

Dünya Uyğur Konqresinin nümayəndəsi Dilşad Raşid bu məsələ ilə bağlı bildirib ki, Çin hökuməti müsəlmanların işlətdiyi restoran və dükanlarda siqaret və spirtli içkilərin satışının davam etdirilmısini də istəyib.

Dünya Uyğur Konqresi sədrinin müavini Seyit Tümtürkten Çin hökümətinin bu qərarına narazılığını bildirib: “İnşallah, Çin hökuməti beynəlxalq arena tərəfindən küncə sıxışdırılar və Ramazanda oruc tutmaq qadağasını aradan qaldırar”.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “İslam beş (əsas) üzərində qurulub: Allahdan başqa ibadətə layiq məbud olmadığına və Məhəmmədin Onun Elçisi olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evinə həcc etmək, Ramazan orucunu tutmaq”. (Buxari)

Digər xəbərlər