Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Obama: ABŞ prezidenti olmaqla yanaşı beş dəfə namaz qılmaq çox çətindir

Aprel 28
10:29 2015

ABŞ Prezidenti Barak Obama müsəlmanları əsəbləşdirə biləcək açıqlama verib.

“Sələf Xəbər”in ANS PRESS-ə istinadən məlumatına görə, şənbə günü ABŞ prezidenti Ağ ev jurnalistlərinin şərəfinə şam ziyafəti təşkil edib.

Jurnalistlər qarşısında çıxışında o, müsəlman olması barədə deyilənlərə aydınlıq gətirmək istəyib. Kimisinə görə onun cavabı zarafatcıl, kimisinə görə isə qıcıqlandırıcı olub.

“ABŞ prezidenti olmaq heç də asan bir iş deyil. Hələdə pis vəziyyətdə olan miqrant sistemini təmir etmək, konqres, İranla müzakirələr aparıram. Bunları edərkən bir yandan da gündə beş dəfə namaz qılmaq çox çətindir”.

Qeyd edək ki, 2012-ci ildə aparılan bir araşdırmada ABŞ-da yaşayanların 17 faizinin əsli Kenyadan, müsəlman olan Obamanın da gizli bir şəkildə müsəlman olduğuna inandığını üzə çıxarmışdı.

Bu iddialardan sonra xristian olduğunu açıqlayan Obama “Barak H. Obama” şəklindəki adından Hüseyn sözünü də çıxarıb.

Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabələrinə demişdir: “Deyin görüm, sizlərdən hər hansı birinizin qapısı önündən bir çay axarsa və həmin şəxs o çayda gündə beş dəfə çimərsə, onun bədənində çirkdən əsər-əlamət qala bilərmi?” Ona qulaq asanlar: “Xeyr, ey Allahın Elçisi! Heç bir şey qalmaz” dedilər. Peyğəmbər: “Gündə beş dəfə qılınan namaz da buna bənzəyir. Allah qılınan namazla günahları silir” – deyə buyurdu. (Buxari, 15775)

Digər xəbərlər