Obama Ərdoğanı Türkiyə qoşunlarını İraqdan çıxarmağa çağırıb
Dekabr 19
16:50
2015
733 dəfə baxılıb
ABŞ Prezidenti Barak Obama və Türkiyənin Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, söhbət zamanı ABŞ lideri türkiyəli həmkarını İraqla münasibətlərdə gərginliyin azaldılması üçün səy göstərməyə çağırıb.
Obama, həmçinin Türkiyəni hərbçilərini İraq ərazisindən çıxarmağa çağırıb.
Dövlət başçıları İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizə və Suriyadakı vəziyyəti də müzakirə edib.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəni hərbçilərini İraq ərazisindən çıxarmağa çağırmışdı.
Sələf Xəbər: Uca Allahdan müsəlmanlara səbir verməsini və bizim hamımıza Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)