Obama ərəb liderləri ilə İranla nüvə razılaşmasını müzakirə edib
965 dəfə baxılıb
“ABŞ Prezidenti İranla bağlı məsələ üzrə Fars körfəzindəki ərəb ölkələri ilə sıx əlaqələndirmə işini davam etdirəcək”.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Barak Obama BƏƏ, Küveyt və Bəhreyn liderləri ilə apardığı telefon danışığı zamanı bildirib.
“Prezident liderlərin hər biri ilə “altılıq”-İran danışıqları zamanı əldə olunan siyasi razılaşmanın detallarını və İranın nüvə proqramı ilə bağlı tədbirlər planını müzakirə edib”, – deyə Ağ Evin məlumatında bildirilir.
Barak Obama qeyd edib ki, ABŞ tərəfdaşları ilə İranın vəziyyətin gərginləşdirilməsinə hesablanmış addımları ilə bağlı əməkdaşlıq etmək niyyətindədir və Fars körfəzi ərəb ölkələrinin əməkdaşlıq şurasının liderlərini öz iqamətgahına dəvət edib.
Qeyd edək ki, Lozannada əldə olunan razılaşmaya əsasən İran 10 il ərzində uranın zənginləşdirilməsi üzrə istehsal gücünün 2/3 hissəsini dayandırmalıdır. Bundan başqa, İran uranın zənginləşdirilməsinə dair bütün proqramları 25 illik beynəlxalq nəzarətdə olacaq.
Tərəflər İranın nüvə proqramına dair saziş üzrə hazırlıq işlərini iyunun 30-dək yekunlaşdıracaq.
Aİ, öz növbəsində, İranın razılaşmaya əməl edəcəyi təqdirdə Tehrana qarşı tətbiq edilən sanksiyaları tədricən aradan qaldırmağa dair öhdəlik götürüb.