Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Obama həyatına görə bu livanlı gəncə borcludur

Fevral 24
22:09 2015

“Sələf Xəbər” “əl-Ənbə” saytına istinadən xəbər verir ki, dünyanın ən böyük ölkəsinin, ABŞ-ın Prezidenti Barak Obama restoranda işləyən livanlı bir gəncə həyatını borcludur.

Bunun müqabilində gənc FBİ-in verdiyi medaldan başqa bir şeylə mükafatlandırılmamışdır. Hətta, medalı da nə edəcəyini bilmir. Çünki bu medal heç sinəyə sancılan da deyil.

Bu hadisə Obamanın Fransanın Nis şəhərinə gəlməmişdən bir gün qabaq baş verib. Belə ki, Bilal adlı gənc ərəb yeməkləri bişirilən restoranda çalışır. Bir müştəri günorta yeməyi yedikdən sonra gedərkən 25 səhifəlik yazı olan qovluğu stolun üstündə unudur. Bilal qovluğu sahibinə qaytarmaq üçün tələsik orada ünvan və ya telefon nömrəsi axtarmağa başlayır.

Bilal qovluqda ertəsi günü Fransaya gələcək prezident Obamaya aid səfərin onun xüsusi mühafizəsi tərəfindən yazılmış təfsilatı görərək dəhşətə gəlir. Orada restorandan 75 metr uzaqlıqda yerləşən Carlton otelindən götürülmüş 5-ci mərtəbə ilə bağlı hər bir təfsilat da yer alır. O cümlədən, orada prezidentin mühafizəsinin dayanacağı hər bir yer, zirvə toplantısının davam edəcəyi iki gün ərzində onun kortejinin keçdiyi bütün yol və küçə barədə ətraflı məlumat da yazılıbmış.

Hətta, Obamanın Nis şəhərinə gələrək iki gün qalıb qayıtdığı günə qədər mühafizə sxeminin rəsmlərlə bəyanı da olub.

Bilal bu çox əhəmiyyətli qovluğu tapdıqda nəyinki həyacanlanır, əksinə qovluğun təhlükəli olduğunu dərk etdiyi üçün FBİ-in nömrəsini taparaq onlara məlumat verir. Əvvəl Bilalın dediklərinə şübhə ilə yanaşsalar da, qovluqdakı birinci səhifəni telefon vasitəsi ilə onlara oxuduqdan sonra, inanırlar.

Bilal deyir: “Həmin zəngdən bir neçə dəqiqə sonra qarşımda FBİ-in iki əməkdaşını gördüm. Onlar məndən qovluğun surətini çıxardıb-çıxartmadığımı soruşdular və mən də onlara belə etmədiyimi dedim. Onlar mənə təşəkkür etdilər və həmin günü medal verdilər. Həmçinin, onlar iki gün ərzində günorta və axşam yeməyini mənim restoranımda yedilər”.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!” (Qurani-Kərim, “əl-Nisə”, 58-ci ayə)

Digər xəbərlər