Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Obama ilk dəfə qətlə yetirilən müsəlmanlar haqda danışdı

Fevral 14
15:16 2015

ABŞ Prezidenti Barak Obama müsəlman gənclərin qətlə yetrilməsinə münasibət bildirib.

Obama, Şimali Karalinanın Çapell Hill qəsəbəsində öldürülən 3 müsəlman gənc üçün ilk dəfə danışıb və hadisənin zalımlıqla törədildiyini və qəbul edilməz olduğunu deyib.

“Sələf Xəbər”in t24.com.tr-yə istinadən məlumatına görə, Obama verdiyi yazılı açıqlamada, Şimali Karolinanın Chapell Hil qəsəbəsində, Dea Bərəkət, həyat yoldaşı Yusr Məhəmməd və Razan Məhəmmədin “amansız və qəddar şəkildə” öldürülməsi ilə bağlı Federal Təhqiqat Bürosunun (FBI) dünən istintaq başladığını qeyd edib.

Yerli rəsmilərin ciddi addımlar atdığını bildirən Obama, “ABŞ-da heç kim, kim olduğu, görünüşü və ya ibadət şəkli səbəbindən hədəfə alınmamalıdır” deyib.

Həyat yoldaşı Mişel Obama ilə birlikdə qurbanların ailələrinə başsağlığı verən Obama, açıqlamasını belə davam etdirib: “Hamımız tək bir Amerikan ailəsiyik. Haradan gəlmisiniz fərq etməz. Bir çox fərqli yerdən, fərqli keçmişdən və dindən gələn bir çox insan var, amma burada hamımız birik”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Meksika səfərində, öldürülən üç gənc üçün susqun qalan ABŞ Prezidenti Obamaya “Haradasan, dövlət başçısı!” ifadələrini işlətmişdi.

 Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə).

Digər xəbərlər