Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Obama: İŞİD-in dinlə heç bir əlaqəsi yoxdur

Avqust 21
16:34 2014

APA-nın “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Barak Obama amerikalı jurnalist Cim Foulinin “İslam Dövləti” (keçmiş “İraq və Şam İslam Dövləti”) terror qruplaşması tərəfindən edam edilməsi ilə bağlı sərt bəyanatla çıxış edib.

Obama qeyd edib ki, “Islam Dövləti”nin dinlə heç bir əlaqəsi yoxdur.

“Onların məhv etdikləri insanların əksəriyyəti müsəlmanlardı. İnanıram ki, belə təşkilatları iflas gözləyir. XXI əsrdə “Islam Dövləti” kimi terror təşkilatına yer yoxdur”, deyə Obama bildirib.

Obama ABŞ vətəndaşlarını qorumağı və ekstremistlərlə mübarizənin davam edəcəyini vəd edib.

Xatırladaq ki, “İslam Dövləti”nin yaraqlıları 2012-ci ildə oğurlanan amerikalı jurnalist Cim Foulini edam edib. Terrorçular ABŞ-ı öz qoşunlarını İraqdan çıxarmağa tələb ediblər. Əks halda onlar, 2013-cü ildə Liviyada girov götürülən daha bir jurnalist Coel Sotloffu da edam edəcəklərini bildiriblər.

 Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?

Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.

Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı (örtülü) qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhusulət-təfsir, 1-ci Kasset, A Tərəfi).

Digər xəbərlər