Obama: “Mən müsəlmanların deyil, sülh və həqiqətin tərəfdarıyam”
872 dəfə baxılıb
Amerika Prezidenti Barak Obama bu yaxınlarda etdiyi maraqlı açıqlama ilə hər kəsin yaddaşına sülhsevər prezident kimi həkk olunub.
“Sələf Xəbər” Milli.Az-a istinadən bildirir ki, ABŞ Prezidenti Barak Obama özünə qarşı “hakimiyyətə gəldiyi illərdən bu günə qədər müsəlmanları dəstəkləyir” fikri ilə razılaşmadığını bildirib:
“Müsəlmanlarla qohum ola bilərik. Hətta, müsəlman da ola bilərik. Lakin qanun haqq və ədalətin tərəfindədir. Mən müsəlmanların deyil, sülh və həqiqətin tərəfdarıyam”.
Xatırladaq ki, əsl adı Mubarak (Mübarək) olan Barak Obamanın atası Afrika mənşəli qaradərili müsəlman olub. Prezident bu haqda 2006-cı ildə qələmə aldığı “Atamın xəyalları” (“Dreams from my farher”) adlı kitabında qeyd edib.
Milyonlarla oxucu qazanan kitab Qremmi mükafatına layiq görülüb.
Sələf Xəbər: Uca Allah buyurur: “(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır”. (Qurani-Kərim, “Nəhl” surəsi, 125-ci ayə)
“Ey Məhəmməd! Əgər sən insanları, ya istər müsəlman, ya da kafir olsun, Rəbbinin düz yolu ilə getməyə çağırırsansa, onda faydalı biliklərə və saleh əməllərə istinad et. Sənin təbliğatın ibrətamiz olmalıdır, çünki sən hər bir şəxslə onun vəziyyətini, eşitdiyini qavramaq qabiliyyətini və haqqa sözü və əməli ilə tabe olmaq hazırlığını nəzərə alaraq söhbət etməlisən.
Təbliğatının müdrikanə olması üçün qəti biliklərə yiyələnməyin tələb olunur və sən cahillərə bənzəməməlisən. İslama dəvəti insanların başa düşə biləcəyi və mənimsəyəcəyi ən mühüm məsələlərdən başlamalısan. İnsanlar mehribanlıqla və xeyirxahlıqla yanaşmalısan ki, onlar haqqı asanlıqla qəbul edə bilsinlər”. (Bax: “Təfsir Əs-Saadi”)Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) demişdir: “Əlbəttə, yumşaqlıq (hansı) bir şeydə olsa, onu gözəlləşdirər. Və nədən getsə, onu alçaldar.” (Muslim).