Obamanın İŞİD-ə qarşı müharibə səlahiyyəti artırılır
773 dəfə baxılıb
“Sələf Xəbər” “əl-Ənbə” saytına istinadən xəbər verir ki, ABŞ-ın Xarici İşlər naziri Con Keri bu gün Konqresi prezident Barak Obamaya İraq və Şamda İŞİD terror xəvaric qruplaşmasına qarşı müharibə etməsi üçün rəsmi səlahiyyət verməsinə səsləyib.
O, Senatda olan Beynəxalq Əlaqələr Komissiyasına deyib: “Konqresə təqdim etdiyimiz qətnamə prezidentin İŞİD terror xəvaric qruplaşmasına və ona bağlı olan şəxslərə qarşı açıq-aydın silahlı hücuma başçılıq etməsini həvalə edir.
Sələf Xəbər: İslam, müsəlman rəhbərlərinə və buna səlahiyyətləri çatan kəslərə, terrorçu-xəvariclərlə vuruşmağı və hətta, onları öldürməyi əmr edir! IX əsrin görkəmli alimi Müslim bin Əl- Haccac (Allah ona rəhmət etsin) özünün “əs-Səhih” adlı məşhur səhih hədis toplusunda fəsillərindən birini belə adlandırıb: “Xəvaricləri öldürməyə çağırış fəsli”. Bu fəsildə, imam Müslim Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) xəvaricləri öldürməyi əmr etdiyi bir çox hədis gətirir.
Bu hədislərin birində deyilir: “Tezliklə, axır zamanlarda mənim ümmətimdə yaşca cavan və ağıldan zəif insanlar peyda olacaqdır. Onlar məxluqatın ən xeyirlisinin sözü ilə danışacaqlar. Onların imanı boğazlarından aşağı keçməyəcəkdir. Lakin İslamdan oxun ovlanmış şikardan çıxdığı kimi çıxacaqlar. Onlarla harada rastlaşsanız, öldürün”.