Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Obamanın ögəy nənəsinin Ümrə ziyarəti və onun müsəlmanlığının həqiqəti

Aprel 25
20:44 2015

“Sələf Xəbər” “əl-Arabiyya” kanalına istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obamanın ögəy nənəsi Sara Ömər iki gün öncə Məkkədə Ümrə ziyarətində olub.

Onun “Ey Peyğəmbər, sənə salam olsun” sərgisinin ziyarəti əsnasında olarkən təkərli kürsüdə əyləşdiyi şəkilləri də yayılıb. Ziyarət əsnasında nənə ilə birgə oğlu Səid Obama və Musa Obama da olub.

Dünyanın ən güclü ölkəsinin prezidentinin nənəsinin ziyarəti onun nəvəsinin İslama daxil olması haqqında yayılan söhbətləri bir daha yeniləmiş oldu.

Obamanın müsəlman babası
2011-ci ildə 3000 nəfərdən çox insanın iştirak etdiyi məşhur sorğuda ABŞ-da yaşayan hər beş nəfərdən biri Obamanın müsəlman deyil, xristian olduğunu deməsinə baxmayaraq, onun müsəlman olduğunu təsdiqləmişdir. Amerikalıların bu etiqadının kökü Obamanın ata tərəfdən olan ailəsinin müsəlman olmasına və həmçinin də uşaqlıq illərini əhalisinin əksəriyyəti müsəlman olan İndoneziyada yaşamasına qayıdır. Həqiqi olanı isə budur ki, keçən əsrin 40-cı illərinin sonunda onun babası İslam dininə gəlməmişdən və İnyanco adını Hüseyn adı ilə dəyişməmişdən öncə katolik idi. Sara isə Obamanın nənəsi deyil, babasının həyat yoldaşıdır və özünü vəsf etdiyi kimi Allahdan qorxan, dindar bir müsəlman qadındır.

Obamanın valideynləri
Müsəlman həyat tərzi ilə yaşamasına baxmayaraq, Barak Obamanın atası deyilənlərə görə, müsəlman deyildir. Barak Obamanın “Ata xatirələrimdən” adlı kitabında dediyinə görə, atası ateist, anası isə bilinmirdi, yəni şübhədədir. Obama həmin kitabda anasının dərin ruhaniliyə meyl etdiyini və kitabxanasında Qurani-Kərimi saxladığını deyib. O, “Arzu cürəti” adlı kitabında anasının indoneziyalı həyat yoldaşı barədə isə “rəmzi müsəlman” deyib.

Barak Obama xristiandırmı?
Obamanın özünün gizli müsəlman olduğunu inkar edərək bunu yayanları isə istehza etməsinə baxmayaraq, həyatı boyu hansısa dini meyilliliyinin olmadığına görə, hətta onun xristian olmasına da şübhə yaradanlar vardır. Belə ki, guya o, Ağ evə gəlmək üçün dindən istifadə etmişdir. Çünki ateist olduğunu aşkar edən kəsin Ağ evə gəlməsi mümkünsüz bir şeydir. Obamanın həyatı ilə maraqlananların onun cavanlığı dövründə heç bir kilsəyə meyl etməməsini və Krismas bayramlarında kilsələrdə görünmədiyini qeyd etmələri onun əgər dinsiz olmasa da dinə meyilliliyinin olduqca zəif olmasını göstərir. Lakin prezident onun xristianlığına şübhə gətirən ittihamlara dəfələrlə dünyəvilik və ruhaniliklə qarışıq olan bir üslub ilə cavablar vermişdir. Necə ki, onun bu cavabından da aydın olur:

“Mən xristian adətləri ilə gedirəm və həmin yerə çatmaq üçün bir neçə yolun da olduğuna iman edirəm. Etiqad edirəm ki, insanları bir-birinə bağlayan Uca bir qüvvə vardır.”

Sələf Xəbər: Uca Allah buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim”. (Qurani-Kərim, “Maidə” surəsi, 3-cü ayə)

Digər xəbərlər