Ohanyan ciddi itki verdiklərini açıqladı
812 dəfə baxılıb
Ermənistan müdafiə naziri Seyran Ohanyan 2014-cü ilin Ermənistan ordusu üçün ağır il olduğunu bəyan edib.
“Sələf Xəbər”-in Avropa.info-ya istinadən məlumatına görə, Ohanyan jurnalistlərə açıqlamasında bildirib ki, bu ilin ilk faciəsi Ermənistan silahlı qüvvələrinin giziri Armen Ovanisyanın Qarabağda döyüşlər zamanı ölməsi oldu.
“Ordumuz üçün ən gərgin vaxt isə iyul-avqust aylarında təmas xəttində şiddətli döyüşlərin getməsi oldu. Bu ilin ən pik nöqtəsi isə Mi-24 helikopterinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasıdır. Həmin an 3 pilotumuz həlak oldu”,- deyə Ohanyan bildirib.
Qeyd edək ki, bu ilin iyul-avqust aylarında cəbhədə şiddətli döyüşlər getmişdi. Həmin döyüşlərdə Ermənistan silahlı qüvvələri xeyli itki verərək geri çəkilmişdi. Və nəhayət noyabr ayında cəbhənin Ağdam istiqamətində Ermənistan ordusuna məxsus Mi 24 hərbi helikopteri Azərbaycan Silahlı Qüvvələri tərəfindən vuruldu, 3 pilot öldü. Helikopterin vurulması dünya mətbuatının gündəmini zəbt etmişdi.
“(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”.Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə