Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ölkələr arası 7 əcaib sərhəd – FOTO

Fevral 11
10:55 2015

Hər bir ölkənin öz torpağında suverenliyini müəyyən etmək üçün saziş və razılaşmalara əsasən dövlətlər arası sərhədlər çəkilir.

Buna baxmayaraq, sərhədlər hər iki tərəfdən nəzarət altında olsa belə, yenə də bəzi soyğunçular və qanundan kənara çıxanlar tərəfindən davamlı olaraq pozulmaqdadır.

Bəzən isə görürsən ki, iki ölkəni bir-birindən çay, göl, rahat yol və ya bir ölkədən digər ölkəyə keçdiyini bildirən adi bir işarə ayırır. Hətta, ölkələri bir-birindən ayıran sərhədlər bəzən hər iki ölkə sakinlərinin bəzi fəaliyyətləri ilə məşğul olmaları üçün əlverişli bir yer sayılır.

“Sələf Xəbər” əl-Ənbə saytına istinadən həmin sərhədlərdən ən maraqlı və qəribələrini sizə təqdim edir:

ABŞ və Meksika sərhədində voleybol oyunu

serhed-1

Hər il ABŞ-ın Arizona vilayətinin Nako sakinləri ilə Nyu Meksikanın Nako sakinləri arasında voleybol yarışları olur. Hər iki komanda arası şəbəkə hər iki ölkə arasında olan hasardan ibarətdir. Əvvəllər bu məntəqə bir idi və hər bir vətəndaş digər ölkənin sərhədinə keçə bilirdi. Lakin bir neçə il öncə hasar salınmaqla dəyişiklik baş verib.

İsveç ilə Finlandiya sərhədində qolf oyunu

serhed-2

Torinyo qolf meydançası dünyada özünəməxsus yeganə meydançadır. Belə ki, 18 dəlikdən ibarət olan qolf oyununun dəliklərinin yarısı İsveçdə, digəri isə qonşu Finlandiyadadır. Sərhəddə meydançanı tən ortadan ikiyə bölən Toronyo çayı yerləşir.

Polşa və Ukrayna sərhədində bitki rəsmi

serhed-3

Rəssam Yaroslav Kozyara Pollşada yerləşən Horodiski sahəsi ilə Ukraynada yerləşən Variz sahəsi arasında 2011- ci ildə keçirilən “Yer kürəsinin incəsənət festivalı” nda balıq rəsmi çəkmişdir.

O, bu rəsmlə hər iki ölkə arasında olan tarixi birliyə, ticarətə işarə etmiş və bildirmişdir ki, təbiət və mədəniyyətin siyasi sərhədlərin ayırdığı xalqları birləşdirməsi mümkündür. Həmin iki ölkə arasında olan balıq rəsmində 23 növ bitkidən istifadə edilib.

Belçika və Hollandiya sərhədində yerləşən ev

serhed-4

Belçikanın Paril Nasau və Hollandiyanın Paril Hertoğ şəhərində yerləşən ev öz üstünlüyü ilə fərqlənir. Belə ki, qonaqların hər iki müxtəlif ölkədən qapının zəngini çalması mümkündür. İki ölkənin sərhədi evin ana qapısından keçdiyi üçün qapının həm sağına həm də soluna zəng düyməsi qoyulub və həmçinin bu ev hər iki ölkəyə aid edilən iki müxtəlif ünvan daşıyır.

Hər iki ayağını ekvator xəttinin hər iki tərəfinə qoy

serhed-5

Ekvator xəttinin bir neçə ölkələrdən keçməsinə baxmayaraq, heç bir iki ölkə arasında sərhəd təşkil etmir. Lakin Ekvador Respublikası Meta Del Mondo baxçasını ikiyə bölən ekvator xəttini seçmək üçün lövhə və qırmızı xətlə fərqləndirib. Bununla da bağçaya gələn turistlər ayaqlarının birini ekvator xəttinin şimalına, digərini isə cənubuna qoyaraq fərəhlənə bilərlər.

Şimali Amerika və Avrasiya sərhədindəki dərya

serhed-6

Aleks Mostard 2001-ci ildə İslandiyaya yaxın olan Şimali Amerika ilə Avrasiya qitəsi arasındakı dəryanın 25 metrlik dərinliyinə girərək qəribə şəkillər çəkdirib. Həmin bölgəni bir neçə dəlik, vadi, vulkan və təbəqələrin hər il bir-birindən 27 mm uzaqlaşma nəticəsindən irəli gələn isti fəvvarələr ayırır.

 Sələf Xəbər: Uca Allah buyurur: “Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır!” (Qurani-Kərim, “Rum” surəsi, 22-ci ayə)

Digər xəbərlər