Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Olland: “Terrorçular bizi qorxutmaq istədi və buna nail oldular”

Noyabr 14
15:51 2015

Fransa Prezidenti Fransua Olland televiziya ekranından xalqa müraciət edib.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, Olland xalqa müraciətində terrorçuların onları qorxutmağa müvəffəq olduqlarını bildirib. Olland baş verənlər haqda danışmağa çətinlik çəkdiyini deyib:

“Bu faciədir. Əlbəttə ki, məyusuq və müəyyən qədər qorxmuşuq. Terrorçular bizi qorxutmaq istədi və buna nail oldular. Lakin biz millət olaraq özümüzü qorumağı bacarırıq.

Bütün hadisə yaxınlığında olan polis və ordu üzvlərindən xahiş edirəm ki, mərkəzləri ilə əlaqə saxlasınlar. Biz indi yeni mütəşəkkil əməliyyata start verəcəyik.

Paris regionunda baş verən bu böyük terror hamımızın faciəsidir. Danışmaq çox çətindir mənim üçün.

Hadisə yerində olan polis və ordu üzvləri indi böyük təhlükə içindədirlər. Tanrı onları qorusun.

Baş verən dəhşət o deməkdir ki, hazırda Parisdə bir çox yerlər bağlıdır, ictimai nəqliyyat işləmir və biz sərhədlərimizi bağlayırıq”.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Mühsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan “İslam Dövləti” – İŞİD xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD terror xəvaric qruplaşmasıdır. Onları İŞİD terror xəvaric qruplaşması adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların – İŞİD terror xəvaric qruplaşmasının İslama aidiyyəti yoxdur”.

Digər xəbərlər