Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Ollanddan Putinə: “Suriyanı bombalamağı dayandır”

Fevral 12
18:29 2016

Fransa Prezidenti Fransua Olland Rusiyanı Suriyada hərbi əməliyyatları dayandırmağa çağırıb.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, o, bu tələbini bombardmanlar nəticəsində minlərlə adamın qaçqın düşməsi ilə əsaslandırıb.

“Mən Rusiyanı hərbi əməliyyatları dayandırmağa çağırıram, belə ki, bombardmanlar nəticəsində minlərlə adam öz evini tərk etməyə məcbur qalıb” – TF1 kanalının efirindən müraciət edən Olland belə deyib.

Fransa prezidenti deyib ki, Rusiyanın dəstəyi altında Bəşər Əsəd öz xalqına qarşı hərbi cinayətlər törədir. O, Əsədin hakimiyyətdən getməsinin vaxtının çatdığını deyib.

Sələf Xəbər: Uca Allah buyurur: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər”. (Qurani-Kərim, “Bəqərə” surəsi, 11-ci ayə)

Digər xəbərlər