Özünü buzdan təmizləyən yollar salınacaq
Yanvar 27
18:01
2016
769 dəfə baxılıb
ABŞ-ın Nebraska Universitetinin professoru Kris Tuanın rəhbərlik etdiyi komanda “Özünü buzdan təmizləyə bilən yollar” layihəsini irəli sürüb.
“Sələf Xəbər”in Lent.az-a istinadən məlumatına görə, alimlərin yeni layihəsinə əsasən polad yonqularından və karbondan hazırlanan yeni beton növü elektrikkeçiriciliyə malik olacaq, üzərinə toplanan qar və buzları isidərək əridəcək.
Hazırda Amerikanın Federal Aviasiya Adminstrasiyası bu beton materialının hazırlanmasını pilot proqram olaraq həyata keçirir. Əgər layihə uğurlu olarsa, ABŞ bu proqramdan aeroport asfaltlarının döşənməsində istifadə edəcək.
Sələf Xəbər: Uca Allah buyurur: “(Ey insanlar!) Məgər Allahın göylərdə və yerdə olanları (günəşi, ayı, ulduzları və buludları, meyvələri, bitkiləri, dənizləri, çayları və gölləri) sizə ram etdiyini (sizin istifadənizə verdiyini), aşkar (görmə, eşitmə, sağlamlıq) və gizli (əql, şüur, fəhm, elm və i. a.) nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü?” (Qurani-Kərim, “Loğman” surəsi, 20-ci ayə)