Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Pakistanda 500 şagird girov götürülüb – VİDEO

Dekabr 16
18:55 2014

“Taliban” hərəkatının yaraqlıları Pakistanın şimal-qərbindəki Peşəvər şəhərində hərbi məktəbə silahlı hücum ediblər. Nəticədə, ən azı iki şagirdin xəsarət aldığı bildirilir.

“Sələf Xəbər” Trend-ə istinadən xəbər verir ki, bu barədə Frans Press agentliyi məlumat yayıb. Hərbçilərin verdiyi məlumata görə, yaraqlılar şagirdləri girov götürüblər.

Məlumata görə, ümumilikdə, təxminən, 500 insanın girov götürüldüyü ehtimal olunur.

🎬

 Sələf Xəbər: XX-ci əsrin görkəmli islam alimi Əbdüləziz bin Bəzz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz” 7/120).

Digər xəbərlər