Pakistanda yeni hökumət quruldu
Avqust 04
17:12
2017
1. 017 dəfə baxılıb
Pakistanın yeni Baş naziri Şahid Hakan Abbasi ölkənin Nazirlər kabinetinin tərkibini elan edib.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bu barədə “Röyter” informasiya yayıb.
Hökumətin tərkibi təqribən 2 dəfə artaraq 47 nəfərə çatdırılıb. Keçmiş Baş nazir Nəvaz Şərifin tərəfdaşlarının da yer aldığı hökumətdə Maliyyə naziri İsaq Dar haqqında Ali məhkəmənin araşdırma aparmasına baxmayaraq yenə öz postunda qalıb. Şərifin digər bir yaxın tərəfdaşı Xavaja Asif Müdafiə nazirliyi ilə eyni vaxtda Pakistanın Xarici İşlər naziri vəzifəsini icra edəcək.
Xatırladaq ki, Nəvaz Şərifin istefaya göndərilməsinə səbəb onun və uşaqlarının adının keçən il yayımlanan “Panama sənədləri”ndə yer alması olub.