Pan Gi Munun İsrail və Fələstin liderlərinə müraciəti
709 dəfə baxılıb
“Fələstin və İsrail liderlərini terror, zorakılıq, nifrət qarşısında qətiyyət nümayiş etdirməyə çağırıram”.
BMT Baş katibi Pan Gi Mun Yaxın Şərqdə zorakılıq hallarının artması ilə əlaqədar İsrail və Fələstin xalqlarına müraciət edib.
“Sələf Xəbər”in “A24.az”a istinadən verdiyi xəbərə görə, Baş katib video müraciətdə hazırkı zorakılığın fələstinlilərin legitim dövlət qurma haqlarını zəiflətdiyini, İsrailin isə təhlükəsizliyini təhdid altına qoyduğunu bildirib.
Pan Gi Mun İsrail və fələstinliləri ekstremistlərin din pərdəsi altında münaqişəni gərginləşdirmələrinə icazə verməməyə çağırıb: “Fələstin və İsrail liderlərini terror, zorakılıq, nifrət qarşısında qətiyyət nümayiş etdirməyə çağırıram”.
Bununla yanaşı, baş katib Yerusəlimdəki tarixi yerlərin status-kvosuna hörmətlə yanaşmağın vacibliyini diqqətə çatdırıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidul-Həramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)
“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir. Bir gecə ərzində Məhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) çox böyük bir məsafə qət etmiş və elə həmin gecə geri qayıtmışdır. Allah onun doğru yola bağlılığını, onun elmini artırmış və ona səbatlıq və haqqı batildən ayırmaq qabiliyyəti öyrətmiş möcüzələr göstərmişdir. Bu torpağın üstünlüklərindən biri isə, Məscidul-Həramdan və Mədinədəki Peyğəmbər məscidindən başqa dünyadakı bütün məscidlərdən üstün olan əl-Əqsa məscidinin özüdür. Allah möminlərə bu məscidi ziyarət etmək və orada namaz qılmaq məqsədilə səyahətə getməyi buyurub. Allah həmçinin bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)