Paris terrorunun daha bir iştirakçısının fotosu yayılıb
675 dəfə baxılıb
“Sələf Xəbər” XəzərXəbərə istinadən bildirir ki, Parisdə noyabrın 13-də törədilmiş terror aktının üçüncü, axtarışda olan iştirakçısının fotosu yayılıb.
Bu barədə Fransa polisinin saytında yerləşdirilmiş xəbərdə deyilir.
“Bu adam noyabrın 13-də Fransa paytaxtında terror hücumunda iştirak edib” , – deyə fotoqrafiyanı müşayiət edən izahatda bildirilir.
Onun adı açıqlanmır.
Parisdəki 13 noyabr terror aktları nəticəsində 130 nəfər həlak olub, 350 nəfər yaralanıb. Terror hücumuna görə məsuliyyəti İŞİD terror xəvaric qruplaşması öz üzərinə götürüb.
Sələf Xəbər: Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz.