Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Partlayışda ikisi deputat olmaqla 15 nəfər həyatını itirib

İyun 02
17:56 2016

Somalinin paytaxtında baş verən partlayışın təfərrüatı məlum olub.

“Sələf Xəbər” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Moqadişuda millət vəkillərinin olduğu otelə hücum olub. Hücum nəticəsində aralarında iki millət vəkil olmaqla 15 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, ölən deputatlar-Məhəmməd Mahmud Cur və Abdulla Cami oteldə yaşayırmışlar. Bildirilir ki, hər iki şəxs binaya basqın edən silahlı qrup tərəfindən öldürülüb.

Həmçinin, o da qeyd edilir ki, otelə hücüm zamanı xeyli sayda insan girov götürülübmüş. Daha sonra azad edilən girovlar arasında isə bir neçə millət vəkili də var.

Hadisəyə görə məsuliyyəti “Əl-Şabab” terror təşkilatı öz üzərinə götürüb.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)

Digər xəbərlər