Pentaqon İŞİD terror xəvaric qruplaşması ilə mübarizəyə əsgər göndərir
Yanvar 31
20:47
2015
849 dəfə baxılıb
Pentaqondan bəyan ediblər ki, ABŞ İŞİD terror xəvaric qruplaşması ilə mübarizə üçün İraqa qoşun göndərə bilər.
“Sələf Xəbər” Avropa.info-ya istinadən xəbər verir ki, amerikalı əsgərlərin aktiv hərbi əməliyyatlarda iştirak etməyəcəyi bildirilir. Onlar daha çox kəşfiyyat və yerli güc strukturlarına kömək üçün istifadə ediləcək.
Hal-hazırda ABŞ İŞİD terror xəvaric qruplaşmasına qarşı hava zərbələri endirməklə mübarizə aparır. ABŞ-ın İraqda təlimçi kimi fəaliyyət göstərən 4500 hərbi qulluqçusu var. Onlara daha 400 hərbçi qoşula bilər.
Sələf Xəbər: Məşhur alim şeyx Əhməd Ən-Nəcmi (Allah ona rəhmət etsin) deyirdi: “Allaha and olsun ki, İslam xəyanətlə gəlməmişdir, əl altından törədilən partizan qətlləri ilə gəlməmişdir, nümayişlərlə gəlməmişdir və mitinqlərlə gəlməmişdir. Lakin bütün bu işlər məhz qeyri-müsəlmanlardan gəlmişdir. İndi isə öz ehtiraslarının ardınca gedənlər tövhid əhlini öldürməyə və bunun Allah yolunda cihad olduğunu deməyə başladı, lakin onlar Allah yolunda heç bir cihad etmirlər!”