Pentaqon Somalidə hərbi əməliyyat keçirib
Sentyabr 03
15:57
2014
949 dəfə baxılıb
0 şərh“Sələf Xəbər” BBC Azərbaycanca-ya istinadən xəbər verir ki, Amerika hərbçiləri Somalidə “Ash-Shabab” radikal terrorçu xəvaric qruplaşmasının silahlılarına qarşı əməliyyat keçirib. Bu barədə Pentaqonun sözçüsü admiral John Korbi bəyanat verib.
Onun sözlərinə görə, indi keçirilmiş əməliyyatın dəyərləndirilməsi aparılır, bundan sonra detallar açıqlanacaq.
Hazırda “Ash-Shabab” digər ölkələrin, o cümlədən ABŞ silahlı qüvvələrinin dəstəklədiyi Somali hakimiyyətinə qarşı fəal mübarizə aparır.
31 avqustda ən azı 8 nəfər ölkənin paytaxtı Mogadishuda Somali kəşfiyyatının qərargahına silahlıların hücumu nəticəsində həyatını itirib.Əvvəlcə hücum edənlər partlayıcı maddəni işə salıb, daha sonra binaya atəş açıblar.
Sələf Xəbər: Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhusulət-təfsir, 1-ci kasset, A tərəfi).
Hal-hazırda heç bir şərh yoxdur. Siz şərh yazmaq istəyirsiniz?
Yeni şərh əlavə et