Pentaqonun sabiq rəhbərindən nüvə müharibəsi xəbərdarlığı
748 dəfə baxılıb
“Başlaya bilər”.
Nüvə terrorizmi aktı, yaxud ABŞ-la Rusiya arasındakı hərbi əməliyyatların “səhvən” nüvə müharibəsinə qədər böyüməsi, başlıca təhlükələrdir ki, bu da yaxın gələcəkdə nüvə fəlakətinə gətirib çıxara bilər.
“Sələf Xəbər” Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun sabiq rəhbəri Vilyam Perri bildirib.
Nüvə silahını işləyib hazırlamağa kömək edən Perri özünün bu yaxınlarda işıq üzü görən memuarlarında dünyanı xəbərdarlıq etməyə çalışır ki, bu cür fəlakət təhlükəsi realdır, gündən-günə artır və artıq ən yaxın vaxtlarda həyata keçə bilər.
Sabiq nazir hesab edir ki, ABŞ qitələrarası yerüstü əsaslı ballistik raketlərdən imtina etməlidir və sualtı qayıqlara yerləşdirilmiş bombardmançılara və raketlərə istinad etməlidirlər. Perri, həmçinin yeni qanadlı nüvə raketlərinin yaradılmasının əleyhinə çıxış edir.
“Mən hesab edirəm ki, nəinki qiymətinə görə, bizim hamımız üçün yaratdığı təhlükəyə görə, lənətə gəlmiş nüvə yarışını dayandırmaq lazımdır”, – deyə Perri Rusiya nüvə qüvvəsinin müasirləşdirilməsi və ABŞ-ın nüvə arsenalının yeniləşdirilməsi üzrə çoxmilyardlı planları barədə yazır.
Perrinin sözlərinə görə, onun başlıca gecə kabusu nüvə terrorizmidir. Kabusda bir qrup terrorist ABŞ-a bomba gətirir. Bombanı terrorçu yük maşınında Vaşinqtonda Kapitoliya ilə Ağ evin binalarının arasında partlada bilər. Bu da bir anın içində prezident də daxil olmaqla 80 000 adamın ölümünə gətirib çıxarır.
Sələf Xəbər: Uca Allah buyurur: “Yer üzü islah olunduqdan sonra, orada fəsad törətməyin”. (Qurani-Kərim, “Əraf” surəsi, 56-cı ayə)
“Yer üzündə Allaha xoş gələn əməllər edilməsi sayəsində qayda-qanun yaradıldıqdan sonra, günah işlədərək, şərəfsizlik yaymayın. Günahlar və itaətsizlik insanı əxlaqdan məhrum edir, xeyirxahlığı heçə endirir və var-dövləti məhv edir. Uca Allah bu barədə belə buyurur: “İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir ki, (Allah) onlara, etdiklərinin bir qismini daddırsın. Bəlkə, onlar (haqqa) qayıdalar”. (Qurani-Kərim, “Rum” surəsi, 41-ci ayə)
Amma Allaha itaət əxlaqı nəcibləşdirir, əməlləri yaxşılaşdırır və həm bu dünyada və həm də ölümdən sonra zənginliyin artmasına səbəb olur”. (Bax: “Təfsir Əs-Saadi”)