Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) karikaturasının TV-yə çıxarılmasını tələb edir

İyun 04
13:27 2015

ABŞ-ın Dallas şəhərində mayın 4-də İŞİD terror xəvaric qruplaşmasının hücumuna məruz qalan sərgi bu dəfə Hollandiyada keçiriləcək.

“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, radikal sağçı Azadlıq Partiyasının lideri Geert Vilders Məhəmməd Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) bəhs edən karikaturaların televiziyaya çıxarılmasını tələb edib.

Qılınc deyil, qələm istifadə edən insanları dəstəkləmək üçün televiziyada yayınlanma qərarının verildiyini deyən Vilders geri çəkilməyəcəklərini bildirib:

“Karikaturaları yaymasaq, Texasda muzeyə hücum edən şəxslər bunun işə yaradığını və bizim qorxduğumuzu düşünəcək”.

Xatırladaq ki, mayın 4-də Amerika Azadlığın Müdafiəsi Təşəbbüs Qrupu tərəfindən Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) mövzusunda karikatura müsabiqəsinin keçirildiyi salonda terror hadisəsi baş vermişdi. Harland şəhər polisinin açıqlamasına görə, avtomobildən iki silahlı düşərək oradakı mühafizəçilərə atəş açmışdı. Polislərin cavab atəşi nəticəsində hücum edənlər öldürülmüş, bir mühafizəçi isə yaralanmışdı.

Sələf Xəbər: Uca Allah buyurur: “Həqiqətən, (kafirlər) hiylə qururlar. Mən də hiylə qururam. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver”. (Qurani-Kərim, “Tariq” surəsi, 15-17-ci ayələr)

“Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) və Qurana inanmayanlar haqqı yer üzündən silmək və yalanı əbədiləşdirmək üçün hiylələr qurur. Allah isə, kafirlərin qəzəbinə baxmayaraq, haqqı aydına çıxarıb yalanı yox etmək üçün hiylələr qurur. Və bu qarşıdurmada kimin üstün gələcəyi tamamilə aydındır, axı insan Hər şeyi bilən və Qüdrətli Allaha aldatmaq üçün çox cılız və zəifdir. Bax buna görə tezliklə kafirlər öz pisliklərinin bəhrəsini görəcək və Allahın cəzası üzərilərinə yağacaq”. (Bax: “Təfsir Əs-Saadi”)

Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazırdı: “Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Beləliklə, problemin həlli təqva və səbir göstərməkdədir. Başqa sözlə, Uca Allah müsəlmanlara heç nəyin zərər verməyəcəyini bildirir, çünki müsəlmanlar Uca Allahın bütün vacib hökmlərini yerinə yetirərək və Onun qadağan etdiyi hər bir şeydən çəkinərək öz dinlərinə tam şəkildə etiqad etdiyi halda Allah onlara Öz düşmənlərinə qarşı kömək göstərəcəkdir.

🎬

Şeyx Fövzanın karikaturaçıların öldürülməsi ilə bağlı fikri

Digər xəbərlər