PKK terrorçularının Fransada nümayəndəliyi açılıb
1. 933 dəfə baxılıb
Fransa polisi nümayəndəliyin açılmasına etiraz olaraq aksiyanın keçirilməsinə imkan verməyib.
Terrorçu PKK qruplaşmasının Suriyadakı qolu “PYD”-nin Fransada nümayəndəliyi açılıb.
“Sələf Xəbər”in “Report”a istinadən məlumatına görə, Türkiyə KİV-inə istinadən xəbər verir ki, təmsilçiliyin açılışına Fransanın bəzi rəsmiləri də qatılıblar. Fransa polisi nümayəndəliyin açılmasına etiraz olaraq aksiyanın keçirilməsinə imkan verməyib.
Xəbərə görə, Türkiyəyə “terrorçuluğa qarşı mübarizədə sizinlə birlikdəyik” deyən Fransa terrorçu PKK qruplaşmasına yer verən 4-cü Avropa dövlətidir. Bundan əvvəl Almaniya, İsveç və Çexiya hökumətləri öz ölkələrinin ərazilərində terrorçu qruplaşmanın nümayəndəliyinin fəaliyyət göstərməsinə razılıq verib.
Qeyd edək ki, PKK-çıların Rusiyada da nümayəndəliyi rəsmi olaraq fəaliyyət göstərir.
Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava ibn Baz”, 7/120)