Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Polşada Hitlerin itmiş “qızıl qatar”ı tapıldı

Avqust 22
17:19 2015

Polşada, ola bilsin ki, 1945-ci ildə nasistlərin Vrotslav ətrafında yoxa çıxan, qızıl və qiymətli daş-qaşla dolu qatarı tapılıb. Bu barədə xəzinənin 10 faizini almaq istəyən iki yerli xəzinəaxtaran məlumat verib. Onların söylədikləri yalnız yerli KİV-ləri yox, həm də hüquqşünasları və polisləri maraqlandırıb. Çünki əfsanəyə görə, itmiş hesab edilən qatar üç yüz tona yaxın qızıl aparırmış.

“Sələf Xəbər” AZƏRTAC-a istinadən xəbər verir ki, İkinci Dünya müharibəsinin ən həyəcanlı sirri – Üçüncü Reyxin qızılları yenidən xəzinəaxtaranların diqqətini cəlb edib. Qazıntı aparanların hər ikisi təsdiqləyir ki, xəzinəni Polşanın Valbjix şəhəri yaxınlığında tapıblar. Bildirilir ki, 150 metr uzunluğundakı zirehli qatar qiymətli külçələrlə dolu olub.

Digər xəbərlər