Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Putin Ərdoğanla görüşmədi

Dekabr 01
17:12 2015

Rusiya Prezidenti Vladimir Putin Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi konfransında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı görmədiyini və onunla görüşmədiyini söyləyib.

“Sələf Xəbər”in “Qafqazinfo”ya istinadən məlumatına görə, Vladimir Putinə Parisdə keçirilən mətbuat konfransında türkiyəli həmkarını görməsi və görüşməsi ilə bağlı sual ünvanlanıb.

“Türkiyə prezidentini görmədim və təbii ki, onunla görüşmədim”, – deyə Rusiya prezidenti suala cavabında bildirib.

O, keçirdiyi bütün ikitərəfli görüşlərdə Türkiyə tərəfindən vurulan Su-24 təyyarəsi ilə bağlı müzakirələr apardığını söyləyib:

“Keçirdiyim görüşlərdə Rusiya təyyarəsinin Türkiyə üçün təhlükə daşımadığı fikri öz təsdiqini tapıb”.

Digər xəbərlər