Putin əsas rəqibindən xilas oldu
İyun 15
17:38
2017
1. 045 dəfə baxılıb
Aleksey Navalnı 2018-ci ildə Rusiya prezidentliyinə namizədliyini irəli sürə bilməyəcək.
Selefxeber.az “Axar.az”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova söyləyib. O buna əsas səbəb kimi Navalnının məhbusluğunu göstərib.
Qeyd edək ki, Navalnı bundan öncə antikorrupsiya mitinqlərinin təşkilatçısı kimi həbs edilib. Ona 30 sutka həbs cəzası verilib.
Navalnı hazırda Rusiyada Prezident Vladimir Putinin əsas rəqibi sayılır. O, bir müddət əvvəl 2018-ci ildə prezidentliyə namizədliyini irəli sürəcəyini demişdi.