Putin: “Fələstinlilər dövlət qurmaq haqqına sahibdirlər”
736 dəfə baxılıb
Rusiya Fələstinin dövlət qurmaq haqqını qoruyacaq.
“Sələf Xəbər” www.independent.co.uk saytına istinadən xəbər verir ki, Vladimir Putin Fələstin dövlətinin müstəqilliyi üçün mübarizə aparacağını bildirib və Yaxın Şərq məsələlərinin dinc yolla həllinə çağırıb.
Rusiyanın Ukrayna böhranında rolunun beynəlxalq şəkildə tənqid edilməsinə baxmayaraq, Sankt-Peterburq Kazak qrupu cənab Putinin “asayişi təmin etmək və müharibələri dayandırmaq” bacarığına malik olduğunu bəyan edib.
Şənbə günü Misirdə keçirilən Ərəb Liqası sammitində müraciəti zamanı cənab Putin ölkələrin daxili məsələlərinə əcnəbi müdaxilənin əleyhinə danışıb və Rusiyanın diplomatik kanallar vasitəsilə oynaya biləcəyi rol barədə söz açıb. Rusiya ABŞ tərəfindən dəstəklənərək Qəzza böhranına səbəb olan İsrailin mövqeyinə açıq şəkildə zidd olsa da, onun Yaxın Şərqdə mövqeyi qəlizdir. Cənab Putin İranın əsas müttəfiqlərindən biridir, lakin şənbə günü çıxışı zamanı, o Yəməndə İranın dəstəklədiyi Husi qiyamlarına qarşı hava hücumlarında Ərəb Liqasının əsas ölkələrinin iştirakından da bəhs edib. Onun Yəməndə vəziyyəti dinc yolla həll etmək cəhdləri hələ ki, nəticə verməyib – şənbə günü Ərəb Liqası Yaxın Şərqdə meydana gələcək problemləri həll etmək üçün təqribən 40 min elit qoşunlardan ibarət birgə hərbi qüvvələrin təsis edilməsinə qərar verib. Yaxın Şərqin sülh danışıqlarında iştirak edən “Kvartet” üzvlərindən biri kimi Rusiya keçən il Qəzza böhranının səngiməsində əsas rol oynayıb. Sammitdə çıxışı zamanı o bildirib: “Fələstinlilər paytaxtı Şərqi Yerusəlimdə olan müstəqil və yaşayışa yararlı dövlət qurmaq haqqına sahibdirlər. Rusiya ikitərəfli və çoxtərəfli kanallar vasitəsilə onların bu məqsədə çatmasına kömək etməyə davam edəcək”.
Ötən ay, ABŞ, Avropa İttifaqı, BMT və Rusiyadan ibarət “Kvartet” Almaniyada keçirilən birgə görüşdən sonra İsraildə danışıqların baş tutmaması ilə əlaqəli ümidlərinin puç olduğunu ifadə etmək üçün birgə bəyanatla çıxış ediblər. Hər iki tərəf işğal olunmuş ərazilərdə yəhudi yaşayış məntəqələrinin tikilməsinin davam edilməsinə və İsrailin Həmasın Fələstin dövlətinə daxil olması fikrinə etiraz etməsi ilə danışıqlar masasından qəzəbli şəkildə ayrılıb. “Kvartetin” hər 4 üzvü danışıqların həm İsrailin təhlükəsizlik barədə narahatçılıqlarına və həm də fələstinlilərin dövlət qurmaq tələblərinə hörmət zəminində baş tutmalı olduğunu bir daha vurğulayıb.
“Kvartet” Qəzzadakı mürəkkəb vəziyyətlə əlaqəli öz dərin narahatçılığını ifadə edir, Fələstin əhalisinin əsas ehtiyaclarını və sabitliyi təmin etmək üçün bərpa işləri sürətləndirilməlidir” – bəyanatda qeyd edilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir”. (Qurani-Kərim, “İsra” surəsi, 1-ci ayə)
“Uca Allah Onun böyük möcüzələri və əzəmətli lütfü şəklində təzahür edən kamilliyini və əzəmətini vurğulayır. Belə möcüzələrdən biri Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) gecə vaxtı dünyanın ən şərəfli məscidi olan Məkkədəki Məscidul-Həram (Hörmətli məscid – tərc.) məscidindən, dünyanın möhtərəm məscidlərindən və peyğəmbərlərin sığınacağı olan Yerusəlimdəki əl-Əqsa məscidinə səyahətidir.
Bu torpağın üstünlüklərindən biri isə, Məscidul-Həramdan və Mədinədəki Peyğəmbər məscidindən başqa dünyadakı bütün məscidlərdən üstün olan əl-Əqsa məscidinin özüdür. Allah möminlərə bu məscidi ziyarət etmək və orada namaz qılmaq məqsədilə səyahətə getməyi buyurub. Allah, həmçinin, bu torpağı Öz şərəfli peyğəmbərləri, seçilmiş qullarının məskəni olaraq seçmişdir”. (Bax: “Təfsir Əs-Saadi”)