Putin İrəvanla ortaq ordu haqda əmr verdi
1. 144 dəfə baxılıb
Rusiya Prezidenti Vladimir Putin Ermənistanla Vahid Ordu Bölmələrinin yaradılması haqqında bir müddət əvvəl hazırlanan razılaşmanı imzalamaq haqqında əmr verib.
Selefxeber.az “Axar.az”a istinadən xəbər verir ki, bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib. Putinin əmrinə əsasən, müqavilənin imzalanması üçün Rusiya Müdafiə və Xarici İşlər nazirlikləri Ermənistan tərəfi ilə danışığa başlamalıdır.
Qeyd edək ki, razılaşma layihəsinə əsasən, vahid ordu bölmələrinin rəhbəri Ermənistan və Rusiya prezidentləri tərəfindən təyin ediləcək. Dinc şəraitdə bu bölmələr Ermənistan Baş Qərargahına tabe olacaq. Müharibə vəziyyəti yaranacağı halda qruplaşmalar avtomatik Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin tabeliyinə keçəcək. Müqavilə ilkin mərhələdə 5 il müddətinə imzalanır və tərəflərin razılığı ilə uzadıla bilər.
Rusiya bundan öncə qondarma Abxaziya rejimi ilə vahid ordu bölmələri haqqında müqavilə imzalayıb.