Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Putin: İŞİD ABŞ-ın dəstəklədiyi İraq ordusundan daha yaxşı silahlandırılıb

İyun 20
16:28 2015

İŞİD terror xəvaric qruplaşması ABŞ-dan dəstək alan İraq ordusundan daha çox silaha malikdir.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sankt Peterburq Beynəlxalq iqtisadi forumda bildirib.

“Mən İraqla bağlı bir neçə dəfə açıqlama vermişəm. Biz bilirik orada nə baş verir. ABŞ İraqı dəstəkləyir, ordusunu silahlandırır, təlim keçir. İki-üç zərbə ilə İŞİD terror xəvaric qruplaşması zirehli texnika və raketlər də daxil olmaqla xeyli silah-sursat ələ keçirdi, hazırda İraq ordusu bəlkə də o qədər silaha malik deyil. Geniş ictimaiyyət bu barədə az məlumatlıdır… Hazırda İŞİD terror xəvaric qruplaşması ABŞ-ın dəstəklədiyi İraq ordusundan daha yaxşı silahlandırılıb”, – deyə Putin qeyd edib.

Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.

Digər xəbərlər