Putin “Novorossiya” planını işə sala bilər
Oktyabr 05
16:59
2015
792 dəfə baxılıb
Rusiya Prezidenti Vladimir Putin “Novorossiya” layihəsinin reallaşması üçün yenidən hərəkətə keçə bilər.
“Sələf Xəbər” Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə “Nyu Tayms” qəzetinin baş redaktoru Yevqeni Albats çıxış edib. Albats qeyd edir ki, Putin üçün bu layihə gələcəkdə hansısa hədəflərə çatmağa yardım edəcək.
Qeyd edək ki, Putin və onun məsləhətçilərinin möhtəşəm “Novorossiya” layihəsi Ukraynanın şərqi və cənubi-şərqində yerləşən şəhərlərin çox hissəsi, həmçinin Ukraynanın Qara dənizdəki strateji limanı Odessa və Azov dənizi sahilindəki Mariupol limanının tutulmasını nəzərdə tuturdu. Ancaq Rusiya bu günə qədər Luqansk və Donetsk vilayətlərinin yalnız bir hissəsinə nəzarəti ələ ala bilib.
Sələf Xəbər: Uca Allah buyurur: “Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir”. (Qurani-Kərim, “Hədid” surəsi, 20-ci ayə)