Putin: ““Qara qutu”dakı məlumatlardan asılı olmayaraq, Rusiyanın Türkiyəyə münasibəti dəyişməyəcək”
959 dəfə baxılıb
“Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulan “SU-24” təyyarəsinin “qara qutusun”dan müəyyən ediləcək məlumatlardan asılı olmayaraq, Rusiyanın Türkiyəyə münasibəti dəyişməz qalacaq”.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib. Onun sözlərinə görə, “qara qutu”nun “oxunulması” prosedurunda iştirak etmək istəyənlərin hamısını dəvət etmək lazımdır.
“Bu başdan qeyd etmək istərdim ki, müəyyən ediləcək məlumatlardan asılı olmayaraq, bizim Türkiyə hakimiyyətinin törətdiyi əmələ münasibətimiz dəyişməyəcək. Bir daha demək istəyirəm ki, biz Türkiyəyə yalnız dost ölkə deyil, terrorla mübarizədə müttəfiq sayırdıq və heç kim alçaqcasına və xaincəsinə kürəyə vurulan bu cür zərbəni gözləmirdi”, – deyə Putin qeyd edib.
Sələf Xəbər: “Haqqında məlumatın olmadığı bir işin dalınca getmə. Çünki qulaq, göz və ürək – bunların hamısı (sahibinin əməlləri) barəsində sorğu-sual olunacaqdır”. (Qurani-Kərim, “İsra” surəsi, 36-cı ayə)
“Dəqiq elmlə təsdiqlənməyənə əsaslanma, yalnız əmin olduqlarını danış və et. Düşünmə ki, etdiyin əməllər unudulacaq. Və düşünmə ki, sən onlardan nə fayda, nə da ziyan görməyəcəksən. Əksinə, qulaq, gözlər və ürək sorğu-sual olunacaqlar. Və əgər Allahın qulu öz sözlərinə və əməllərinə görə cavab verməli olacağını və Allaha ibadət üçün yaradılmış bədənindən necə istifadə etdiyi barədə hesab verəcəyini bilirsə, o mütləq bu sorğu-suala hazırlaşacaq. Bunun üçün o özünü Allaha ibadətə həsr etməli, yalnız Ona səmimi qəlbdən ibadət etməli və Onun sevmədiyi hər şeydən çəkinməlidir”. (Bax: “Təfsir əs-Saadi)